200 vatt gücündə sürətli şarjı dəstəkləyəcək ilk Xiaomi smartfonu nə zaman təqdim olunacaq?

200 vatt gücündə sürətli şarjı dəstəkləyəcək ilk Xiaomi smartfonu nə zaman təqdim olunacaq?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi bu il 200 vatt gücündə olan sürətli şarj texnologiyası dəstəkli smartfonu satışa çıxartmayacaq. Bununla yanaşı bu texnologiyanın dəstəyini Mi 12 smartfonunda da gözləmək lazım deyil. Çinli mənbələrin verdikləri məlumata əsasən 200 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib Xiaomi smartfonu təqribi olaraq gələn ilin iyun ayında təqdim olunacaq. Məlumata əsasən həmin smartfon Mi 12 seriyasının ən flaqman modeli olacaq. Çox güman ki, söhbət, Mi 12 Ultra-dan gedir.

    Qeyd etmək lazımdır ki, bu cür qərar məntiqli səslənir. Belə ki, hal hazırda Xiaomi-nin ən flaqman modelləri olan Mi 11 Pro və Mi 11 Ultra smartfonları belə yalnız 67 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyirlər. 120 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyən yalnız bir Xiaomi smartfonu var. O da Mi 10 Ultra-dır. Xiaomi-nin rəsmi məlumatına əsasən 4000 mAh batareya həcminə sahib smartfon 200 vatt gücündə sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini cəmi 8 dəqiqəyə yığa bilər. Bununla yanaşı şirkət 120 vatt gücündə olan sürətli naqilsiz şarj texnologiyasına da sahibdir. Onun vasitəsilə smartfon 100% enerjini 15 dəqiqəyə yığa bilir.