104 yaşında paraşütlə tullandı və “Ginnes”ə düşdü

Doroti Hofner (Dorothy Hoffner) bu təhlükəli idman növü ilə məşğul olan ən yaşlı qadın kimi tarixə düşdü.

ABŞ-ın Çikaqo şəhərində tullanışı görənlər buna inanmaqda çətinlik çəkib.

Doroti Hofner səhnəyə əl arabası ilə gəlib.

Yardımla təyyarənin pilləkənlərini qalxan amerikalı qadın tullanmaq üçün 4100 metrə yüksəkliyə qalxmağı gözləyib.

104 yaşlı qadın havada əyləncəli anlar yaşayıb.

Beləliklə, Doroti Hofner Ginnes Rekordlar Kitabına paraşütlə tullanan ən yaşlı qadın kimi düşüb.