İki ərəb astronavt “Axiom-2” missiyası tərkibində Beynəlxalq Kosmik Stansiyasına (BKS) yollanacaq. Missiya may ayında Floridadakı (ABŞ) Kennedi adına kosmodromdan start götürəcək.
Missiyada ümumilikdə 4 nəfər iştirak edəcək.
Əli əl-Qərni və Rəyyanə Bərnəvi – təxminən 40 ildən sonra BKS-a gedəcək ilk səudiyyəlilər olacaqlar.
Onlar “Axiom Space” şirkətinin özəl missiyasını yerinə yetirəcəklər.
Maraqlıdır ki, Rəyyanə Bərnəvi biotibbi elmlər magistridir və Yeni Zelandiyada təhsil alıb.
Əli əl-Qərni isə aerokosmik sahə üzrə mütəxəssisdir və həmçinin 12 illik təcrübəsi olan qırıcı pilotudur.
Xatırladaq ki, 1985-ci ildə səudiyyəli şahzadə Sultan bin Salman kosmosa səfər etmiş ilk ərəb olmuşdu./iqna