Ədalət və bərabərlik(Yazı)

 Sosial ədalətə gəlincə, məsum rəhbərlər bütün insanların hüquq və qanun qarşısında bərabərliyini qoruyub, ayrı-seçkilik, sui-istifadə və zülmü rədd ediblər. Beytul-malın ədalətli bölüşdürülməsi və İslam qardaşlığı onun əməli nümunəsidir.

Ədalət və bərabərlik anlayışları bir-birinə yaxındır. Mütləq bərabər şəraitdə ədalət bərabərliklə eynidir.

Eyni ixtisasa, təcrübəyə və eyni işi görmək qabiliyyətinə malik olan birdən çox işçi eyni işi eyni vaxtda görürsə, onların hamısının aldıqları əmək haqqı eyni olmalıdır. Ədalət bunu tələb edir. Lakin qeyd olunan xüsusiyyətlərdə fərqliliklər olduqda maaş bərabərliyi ədalətə ziddir.

Ona görə də ədaləti bərabərlik kimi tərif edə bilmərik. Belə demək daha doğrudur: Ədalət haqqa riayət etməkdir. Bu haqqın insanlar arasında bərabər olub-olmaması mühüm deyil.

  • Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın əqidə prinsipləri (Ədalət)” kitabından götürülmüşdür.