Zəncəfil kökünün zərərləri

Zəncəfil kökünün zərərləri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var. Zəncəfil Hindistan, Yaponiya, Çin, Yamayka, Braziliya, Vyetnam, Argentina və Qərbi Afrikaya məxsus bir otdur.

Zəncəfil kökü B3, B6, dəmir,kalium, kalsiyum, fosfor, natrium və magnezium mineralları və efir yağları ilə zəngindir.

Zəncəfil kökü kimlər üçün və hansı hallarda qəti qadağandır?

-Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə: Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır.

-Hamiləlikdə: Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik zamanı düşük və vaxtından əvvəl doğumaya səbəb ola bilər. Xüsusən, hamiləliyin 7-ci ayından sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır.

 -Qan xəstəliklərində: Hemofiliya, dializ, leykoz, talassemiya, anemiya zamanı zəncəfil qəbul etmək olmaz. Qanda laxtalanma problemi varsa, zəncəfil daxili qanaxmanı artıra bilər.

-Bu xəstəliklərdə dərman qəbulu zamanı: Yüksək təzyiq və diabet xəstələrinin qəbul etdiyi insulin, aspirin, təzyiq dərmanları ilə birgə zəncəfil qəbulu onların effektivliyini azaldır, müxtəlif əks təsirlər yaradır. Aspirin qəbul edənlər zəncəfil istifadə etməməlidir, yoxsa qanın durulaşması artar.

– Onkoloji xəstələr: Bir neçə elmi tədqiqatda zəncəfilin şiş hüceyrələrinin bölünməsini sürətləndirdiyi aşkarlanıb. Artıq xərçəng xəstəsi olan insanın immunitetini tonlarla zəncəfil belə qaldıra bilməz.

-Mədə-bağırsaq xorası olanlar: Qastrit, xora, 12 barmaq bağırsaq, mədə altı vəz nekrozları, yüksək mədə turşuluğu, reflüks kimi həzm xəstəliklərindən əziyyət çəkənlərin həzm orqanlarının selikli qişasını zəncəfil daha da zədələyir, vəziyyəti ağırlaşdırır.

Hazırladı: Elnarə Cəfər