“Əyyami Fatimə” nə deməkdir?

“Əyyami Fatimə” nə deməkdir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu günlərə “Əyyami Fatimə” deyilməsinin səbəbi o xanımın şəhadət tarixinin iki rəvayətdə nəql olunmasına görədir.

 İki rəvayət həzrətin şəhadətilə bağlı nəql olunur. Onlardan biri Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digərisə 95 gün sonra deyə qeyd olunur.

Məhz bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) və ya “Əyyami Fatimə” adlandıraraq Xanım Zəhraya (s.ə) yas  saxlayarlar. Muhəmməd Peyğəmbərimizin məhşur hədisi vardırki, mənim qəmli günümdə qəmli, şad günümdə şad olmayan mənim ümmətimdən (və ya məndən) deyil.  İslam Peyğəmbərimizin (s) hədislərdə buyurduğu kimi, bu günlərdə tövsiyə edilir ki, şadlıq, şənlik, toy, eyş-işrət məclisləri qurulmasın, Xanım Fatimənin (s.ə) ehtiramı saxlanılsın.