"Yunis" qasırğası Avropanı cənginə aldı: ÖLƏNLƏR VAR

“Yunis” qasırğası Avropanı cənginə aldı: ÖLƏNLƏR VAR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qərbi Avropada “Yunis” qasırğası nəticəsində ölənlərin sayı on nəfərə çatıb. 

Hollandiyada ağacların aşması və digər qəzalar 4 nəfərin ölümünə səbəb olub.

Haaqada zəng qülləsinin uçması təhlükəsi ilə əlaqədar onlarla ev təxliyə edilib.

Almaniyada avtomobilinin üzərinə ağac aşması nəticəsində sürücü ölüb.

İrlandiyanın cənub-şərqində isə 60 yaşlı kişi dünyasını dəyişib.

Qasırğa Böyük Britaniyada 3 nəfərin, Belçikada 1 nəfərin ölümünə səbəb olub.