Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün görünməyəcək. Məşhur videoservis bildirib ki, bu cür qərarın sayəsində videoların müəllifləri özlərini müxtəlif növ mənfi rəylərdən qoruya biləcəklər. Dislike düyməsi olduğu kimi öz yerində qalacaq. Lakin dislike sayı bundan sonra yalnız videonu paylaşmış müəllif üçün təqdim ediləcək. Qeyd etmək lazımdır ki, bu, ani verilmiş bir qərar deyil. Belə ki, Youtube dislike sayının gizlədilməsi özəlliyini mart ayından test edir. Videoservisin fikrincə dislike sayının görünməməsi öz növbəsində böyük məna kəsb edəcək. Belə ki, izləyicilər videonun altında olan müsbət və mənfi qiymətləndirmə arasındakı nisbəti görməyə öyrəşiblər.

Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Bir çoxları isə bu cür nisbətdən istifadə edərək videoya baxıb-baxmamaq qərarını verirlər. Bundan sonra bu faktor aktual olmayacaq. Videoservis bildirib ki, bundan sonra dislike sayı öz ilkin məqsədinə xidmət göstərəcək. Belə ki, kontent yaradıcıları dislike sayını izləyərək öz abunəçilərinin üstünlük verdikləri istiqamətlərə diqqət ayıra biləcəklər. Adi istifadəçilərə gəldikdə isə, dislike düyməsi onlar üçün video məsləhəti üzrə alqoritmlərin ayarlanmasında yardımçı olacaq. Qeyd etmək lazımdır ki, digər sosial şəbəkələr də paylaşımların reytinqlərini gizlətmək imkanını verirlər. Məsələn Facebook ilə Instagram kontentlərin like sayını gizlətmək imkanını təqdim edir. Bu isə öz növbəsində istifadəçilərin sosial təzyiqdən yayınmalarına şərait yaradır./technote