Youtube-da bu il olacaq yeniliklər barəsində məlumat verilib

Youtube-da bu il olacaq yeniliklər barəsində məlumat verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Youtube servisinin məhsullar üzrə direktoru Neal Mohan 2022-ci ildə videoservisə əlavə ediləcək yeniliklərdən danışıb. O, videoservisin funksionallığını genişləndirəcək imkanlar və istifadəçilər ilə kontent yaradıcıları üçün inteqrasiya ediləcək əlavə alətlər barəsində məlumat verib. Neal Mohan-ın verdiyi məlumata əsasən Youtube Shorts-dakı videoların ümumi baxış sayı 5 trilyonu keçib. Bu il Youtube tərtibatçıları kontent yaradılması prosesini sadələşdirməyi planlaşdırırlar. Bundan əlavə olaraq videoservis bir qədər təkmilləşdiriləcək. Belə ki, Youtube-dakı istifadəçi şərhlərinə video vasitəsilə cavab vermək imkanının əlavə ediləcəyi gözlənilir.

 Həmçinin kontent yaradıcıları daha geniş sayda xüsusi effektlərə sahib olacaqlar. Youtube Shorts müxtəlif məhsulların alınması imkanını yaradacaq. Kontent yaradıcıları həmçinin BrandConnect və SuperChat funksiyaları vasitəsilə öz videolarının monetizasiyası üzrə daha böyük imkanlara sahib olacaqlar. Bu il Youtube Shorts-da əsas diqqət canlı yayımlara ayrılacaq. Bundan əlavə olaraq bu il Youtube-da birgə canlı yayımların keçirilməsi funksiyası istifadəyə verilə bilər. Məlumatda qeyd edilib ki, Youtube blockchain və NFT ilə bağlı yeni funksiyaları əlavə etməyi də planlaşdırır.

Youtube-da bu il olacaq yeniliklər barəsində məlumat verilib