Yollar və avtomobil şinləri dünyada mikroplastik çirklənmənin əsas səbəbidir

Yollar və avtomobil şinləri dünyada mikroplastik çirklənmənin əsas səbəbidir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 ABŞ-da aparılan yeni bir araşdırma atmosferdəki mikroplastların  84%’inin yollardan və avtomobillərdən qaynaqlandığını ortaya qoydu.

Elm adamları  Avrasiya qitəsi başda olmaqla Türkiyə, ABŞ, Avropa, Şərqi Asiya, Orta Şərq, Hindistan və ABŞ-dakı vəziyyətdən narahat olduqalrını ifadə edərək,  mikroplastikanın havaya  qarışması, əkinçilik məhsulları və heyvan qidalarında çox olduğunu vurğuladılar.

Tədqiqatçılar məsələ ilə bağlı təcili tədbir görülməsini tələb etdilər

Tədqiqatçılardan Janice Brahney, mikroplastikaların sferik sistemlərdə necə hərəkət etdiyini başa düşməyin problemin həlli üçün çox vacib olduğunu söylədi: “Mikroplastik çirklənmə çoxölçülü bir problemdir və yalnız plastik torbalar və ya plastik qablar buna səbəb deyil. Atmosferdən uzaqlara yayıla biləcək bir problemdən danışırıq. Bu hissəciklər daha sonra əkinçilik bitkilərinə, nəfəs aldığımız havaya və hətta damarlarımıza doğru hərəkət edir ”dedi.

Türkcədən çevirən: Ramil Qəhrəmanov