Yer kürəsindəki ilk həyat formaları qısa müddətdə məhv olma təhlükəsi altında olublarmış

Yer kürəsindəki ilk həyat formaları qısa müddətdə məhv olma təhlükəsi altında olublarmış

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Aparılmış son araşdırmalara əsasən son 2.4 milyard ildə ultrabənövşəyi şüalanma səviyyəsi uzun dövr ərzində indikindən 10 dəfə daha yüksək olub. Lakin çoxhüceyrəli orqanizmlər bu şəraitə necəsə uyğunlaşaraq sağ qala biliblər. Yer kürəsində milyardlarla il bundan öncə ilk həyat formaları yaranan zaman onlar əvvəl düşünüldüyündən daha sərt şərait ilə qarşılaşıblar. Bunu yeni iqlim modelləşdirilməsi sübut edir. Yeni iqlim modelləşdirilməsi onu göstərib ki, milyardlarla il bundan öncə ultrabənövşəyi şüalanma səviyyəsi indikindən 10 dəfə daha yüksək olmuş ola bilər. 2.4 milyard il bundan öncə başlayaraq uzun dövrlər ərzində həyat formaları ətraf mühitin olduqca sərt şərtləri tərəfindən təsirə məruz qalıblar. Bu isə öz növbəsində həyat formaları arasında güclü təkamül prosesinə gətirib çıxardıb. Son 2.4 milyard il Yer kürəsinin biosfer inkişafı üçün ciddi dövr deməkdir. 400 milyon il ərzində oksigen səviyyəsi demək olar sıfırdan indiki göstəricilərə yüksəlib.

Yer kürəsindəki ilk həyat formaları qısa müddətdə məhv olma təhlükəsi altında olublarmış

Bu müddət ərzində qəliz çoxhüceyrəli orqanizmlər və heyvanlar Yer kürəsində yayılmağa başlamışdılar. Lakin yeni iqlim modelləşdirilməsinə əsasən bu dövr ərzində ultrabənövşəyi şüalanma səviyyəsi indikindən 10 dəfə daha yüksək olub. “Ultrabənövşəyi şüalanma planetdəki bütün həyat formalarına mənfi təsir göstərir. Lakin təkamül prosesi çərçivəsində bəzi orqanizmlər hal hazırda özlərini bu cür şüalanmadan qoruya bilirlər. Yüksək səviyyəli ultrabənövşəyi şüalanma Yer kürəsində həyatın yaranmasına mane olma bilməyib. Lakin sözügedən faktor təbii seçmə (və ya təbii seleksiya) prosesinə təsir göstərib” – deyə mütəxəssislərdən biri qeyd edib. Yer kürəsində mövcud olan həyatı ultrabənövşəyi şüalanmadan qoruyan əsas faktor ozon qatıdır. Onun nə dərəcədə qalın olması atmosferdəki oksigen miqdarından asılıdır.

    Son 40 il ərzində alimlər düşünürdülər ki, atmosferdəki oksigen səviyyəsi indiki ilə müqayisədə 1%-ə çatan zaman ozon qatı planetdəki həyatı ultrabənövşəyi şüalanmadan qoruyur. Lakin yeni iqlim modelləşdirilməsi bunun tam əksini sərgiləyib. Alimlər düşünürlər ki, şüalanmadan qorunmaq üçün atmosferdəki oksigen səviyyəsi indikindən 5-10% yüksək olmalı idi. Buna görə də alimlər belə qənaətə gəliblər ki, Yer kürəsinə gəlib çatmış ultrabənövşəyi şüalanma səviyyəsi daha yüksək olub və bu hal Yer kürəsinin tarixində uzun müddət ərzində baş verib. Alimlərin sözlərinə əsasən bu, Yer kürəsindəki həyatın inkişafına ciddi nəticələrə gətirib çıxardıb. Belə ki, ilk orqanizmlər, heyvanlar və bitkilər indikindən fərqli olaraq ətraf mühitin daha sərt şərtləri ilə qarşılaşıblar. Çox güman ki, bu həmçinin təbii seçmə prosesinə də təsir göstərib. Aparılmış bu tədqiqat Yer kürəsinin atmosferindən başqa digər planetlərin atmosferlərinin də təbiətlərinin öyrənilməsində böyük əhəmiyyət daşıyır./technote