Yeni qatlana bilən smartfon Huawei P50 Pocket təqdim olunub - QİYMƏTİ

Yeni qatlana bilən smartfon Huawei P50 Pocket təqdim olunub – QİYMƏTİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Huawei şirkəti yeni qatlana bilən smartfon modelini təqdim edib. Qatlana bilən yeni smartfon Huawei P50 Pocket adını əldə edib. Əgər əvvəlki qatlana bilən Mate X modelləri Galaxy Z Fold seriyası ilə rəqabət aparırdılarsa, P50 Pocket modeli Galaxy Z Flip seriyası rəqabət aparacaq. P50 Pocket modeli Huawei üçün qeyri-adi dizayn, flaqman texniki göstəricilər və təkmilləşdirilmiş kameralar əldə edib. Smartfon iki ekrana sahibdir. Onlardan biri daxili, digəri isə xaricidir. Beləliklə smartfon daxili hissədən 120 Hz-lik təsvir yenilənməsinə sahib 2790×1188 piksel keyfiyyətli 6.9 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Yeni qatlana bilən smartfon Huawei P50 Pocket təqdim olunub - QİYMƏTİ

İkinci ekran arxa paneldəki kameraların yerləşdikləri sahənin aşağısında yerləşdirilib. Həmin ekran dairəvi formadadır. Qeyd etmək lazımdır ki, sözügedən ekran köməkçi ekran rolunda çıxış edir və onda əsasən saat, daxil olan zənglər, bildirişlər və s. əks olunurlar. Beləliklə köməkçi ekran 60 Hz-lik təsvir yenilənməsinə sahib 340×340 piksel keyfiyyətli 1.04 düym ekrandır. Bununla yanaşı həmin ekranı arxa kameralar vasitəsilə selfie fotoların çəkilməsində istifadə etmək olar. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Lakin təəssüflər olsun ki, smartfonda stereo səsgücləndiricilər yoxdur.

Yeni qatlana bilən smartfon Huawei P50 Pocket təqdim olunub - QİYMƏTİ

    Əsas texniki göstəricilərə gəldikdə isə P50 Pocket modeli Snapdragon 888 4G prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 40 MP (f/1.8 diafraqma) + 13 MP (f/2.2 diafraqma) + 32 MP (f/1.8 diafraqma) üçlü arxa kamera, 10.7 MP-lik (f/2.2 diafraqma) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin özündə NFC texnologiyasını da birləşdirir. Qeyd etmək lazımdır ki, smartfon HarmonyOS 2.0 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei P50 Pocket artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satışa çıxacağı təsdiqlənsə də bunun nə zaman baş verəcəyi barəsində məlumat verilməyib. Smartfonun Çindəki satış qiyməti aşağıdakı kimidir:

– 8 GB RAM + 256 GB yaddaş – 1411$

– 12 GB RAM + 512 GB yaddaş – 1725$.

Yeni qatlana bilən smartfon Huawei P50 Pocket təqdim olunub - QİYMƏTİ