YENİ NƏŞR OLUNAN KİTABLARIN TƏQDİMATI VƏ MEDİYANIN 6 İLLİYİ QEYD OLUNUB

YENİ NƏŞR OLUNAN KİTABLARIN TƏQDİMATI VƏ MEDİYANIN 6 İLLİYİ QEYD OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Oxuinfo.com xəbər verir ki, Tbilisidə yerləşən M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən yeni nəşr olunan kitabların təqdimatı olub. Eyni zamanda Muslimmedia İnternet Tv-nin 6 yaşı qeyd olunub.
Quran-Kərimin tilavətindən sonra giriş sözü ilə tədbiri açıq elan edən Vidadi Qurbanov çıxış və ürək sözlərini söyləmək üçün qonaqlara söz verib.
Çıxışı zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə kitabların müəlliflərinə və işıq üzü görməsində zəhməti olan hər kəsə təşəkkür edib. Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəşriyyat və Media sahəsində 7 ildə görülən işlər haqqında məlumat verib. Sonra Elnarə Cəfərli ilə birgə tərtib etdiyi “Ensklopedik dini bilgilər” kitabın özəlliyi və əhəmiyyəti haqqında danışıb.
O, həmçinin İnternet TVnin 6 il müddətində hazırladığı 1000-dən çox dini, mənəvi verilişlərin xalqımızın dinimizlə bağlı düzgün maariflənmələrinə böyük töhfə verdiyini bildirib.
Sonra İdarənin şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov çıxışı zamanı kitabın insan və ictimaiyyətin müsbət formalaşmasındakı əhəmiyyət və faydasından danışıb.
Daha sonra söz kitabların müəlliflərinə, Prof. Mahmud Kamaloğlu, yazıçı Əli Abbas və həkim Novruz Murtuzova verilib. Onlar kitabların nəşrinə göstərdiyi diqqət və dəstəyə görə Gürcüstan Müsəlmanları İdarəsinə minnətdarlıqlarını bildirib, qələmə aldıqları kitabların sahəsi və əhəmiyyəti haqqında iştirakçıları məlumatlandırıblar.
Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Eldar Bayramov, İran İslam Respublikası səfirliyinin Mədəniyət Mərkəzinin sədri Həmid Mustəfəvi, Türkiyənin ölkəmizdəki səfirliyinin din müşaviri Ahmed Erdem, Əlmustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Həsən Yusifzadə öz fikirlərini bildirib, müəlliflərə və dəstək olan Gürcüstan Müsəlmanları İdarəinə təbrik, təşəkkür və xoş arzularını çatdırıblar.
Kitabların təqdimatından sonra İnternet Tvnin rəhbəri Vidadi Qurbanov İnternet Tv-nin 6 illik fəaliyyəti və bu müddətdə olan nailiyiyyətləri haqqında və kanala olan hiber hücumlar barədə məlumat verib.
Sonda kitabların müəllifləri və Muslimmedia Tvnin verlişlərində fəal iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.