Yeni buz dövrünün başlaması ilə bağlı - Xəbərdarlıq

Yeni buz dövrünün başlaması ilə bağlı – Xəbərdarlıq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Alimlər son illərdə iqlimdə iki meyil müşahidə edirlər: qlobal istiləşmə və körfəz axıntısının tədricən azalması”.

Bunu Rusiya Elmlər Akademiyası Puşçina Elm Mərkəzinin təbii fəlakətlər üzrə mütəxəssisi Aleksey Karnauxov Rusiya mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, bu azalma temperaturun düşməsinə səbəb ola bilər:

“Rusiyanın Avropa hissəsindəki temperaturda ani azalma baş verəcək, təxminən 10-20 dərəcəyə qədər. Bu, buzlaşma dövrünün başlaması mənasına gələcək.

Avropa daha əvvəl Şimali Atlantikada axıntıların dəyişməsi səbəbindən buz dövrü adı verilən ani iqlim dəyişiklikləri yaşayıb. Sonuncusu Kiçik Dryas adlandırılmışdı. Kiçik Dryas 11 min il əvvəl bitdi və təxminən min il davam etdi”./qafqazinfo