Yaxın zamanda mobil cihazlarda 150 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Yaxın zamanda mobil cihazlarda 150 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İldən-ilə smartfon istehsalçıları sürətli şarj texnologiyasının göstəricilərini yüksəldirlər. Əvvəllər 30 vatt gücündə sürətli şarj tenxologiyası norma hesab edilirdisə, indi artıq 50-65 vatt gücündə sürətli şarj texnologiyaları mövcuddur. Hətta bəzi yeni smartfon modelləri 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Buna misal olaraq bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi Note 11 Pro+ smartfonunu gətirmək olar. 120 vatt gücündə sürətli şarj texnologiyası vasitəsilə sözügedən smartfonun 4500 mAh enerji tutumlu batareyası 100% enerjini 20 dəqiqə ərzində yığa bilir. Lakin görünür, yaxın zamanda şarj prosesi daha az zaman alacaq. Belə ki, 150 vatt gücündə sürətli şarj texnologiyasına sahib smartfon hazırlanır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur çinli insayder verib.

    O bildirib ki, 150 vatt gücündə sürətli şarj texnologiyası hazırlanır və ona sahib olacaq smartfonun irimiqyaslı istehsalına startın verilməsi zaman məsələsidir. Lakin insayder söhbətin hansı smartfon modelindən və ya şirkətdən getdiyi barəsində məlumat verməyib. Nəticədə həmin şirkətin Xiaomi olacağı təqdirdə bu heç də təəccüblü olmayacaq. Belə ki, Xiaomi demək olar ki, fəaliyyət göstərdiyi bütün sahələrdə ilk olmağı hədəfləmiş şirkətdir. Bundan əlavə olaraq şirkət bir neçə müddət bundan öncə HyperCharge adlı sürətli şarj sistemini təqdim etmişdi. Sözügedən sistem özündə 200 vatt gücündə sürətli naqilli və 120 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını birləşdirir.