Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İdentifikasiya üçün loqin və parolların istifadəsi yaxın 5 ildə tarixə qovuşa bilər.

Bu barədə Rusiyanın “Bilayn” şirkətinin rəqəmsal və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Yevgeni Çereşnev bildirib.

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO

“Login/şifrə bağlaması, əslində, sizin haqqınızda heç nə bilməyən xidmətə kim olduğunuzu söyləmək və həqiqətən də siz olduğunuzu təsdiqləmək üçün bir yoldur. Çox güman ki, biz indi mövcud olan bəzi identifikatordan (loqin, elektron poçt və ya telefon nömrəsi) heç vaxt xilas olmayacağıq. Şifrəyə gəlincə, burada, əlbəttə ki, növbəti 5 ildə ondan istifadəni dayandırmaq şansı var, sadəcə olaraq, ona görə ki, parolu skorinq, yaxud biometriya üzrə çoxfaktorlu identifikasiya ilə əvəzləmək mümkün olacaq”, – deyə Çereşnev bildirib.

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO

Onun sözlərinə görə, smartfonda çoxfaktorlu identifikasiya akkaunt və biometriyanın uyğunluğundan ibarət olacaq. Hazırda buna ən yaxın texnologiya mobil ID-dir.

“Növbəti addım texnologiyanı “kapot altında” daha mürəkkəb, lakin istifadə baxımından daha sadə etməkdir. Bu identifikasiya üsuluna alternativ kriptobioçip olacaq. İstəyənlər özlərinə implant yerləşdirə və identifikasiyadan keçə bilər. Bu yaxın 5-7 ilin perspektividir”, – ekspert əlavə edib.

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO

Mənbə: RİA Novosti