"Yaşıl çay korona virusun və onların mutasiyalarının bədənə keçməsinin qarşısını ala bilər"

“Yaşıl çay korona virusun və onların mutasiyalarının bədənə keçməsinin qarşısını ala bilər”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tədqiqatçılar tərəfindən edilən yeni bir araşdırma, yaşıl çayda olan bir maddənin, yeni tip korona virusunun insan hüceyrələrinə yapışmasının qarşısını alaraq ağır Covid-19 xəstəliyini qarşısını ala biləcəyini irəli sürdü. Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, xərçəng xəstəliklərinə qarşı qoruyur, yaşlanmağı gecikdirər və stressi azaldır. Yaponiyada edilən bir araşdırmaya görə gündə nizamlı olaraq 2 fincan yaşıl çay içmək irəli yaşlarda ortaya çıxan parkinson və altsaymer xəstəliklərinə önləyici təsiri olduğu sübut edilmişdir. Gündə mütləq 2 fincan yaşıl çay istehlak edin. Yaşıl Çayın faydaları:

1. Xərçəngə tutulma riskini azaldır.

2. Yemək borusu xərçəngini kişilərdə 57%,qadınlarda 60% qarşısını alır.

3. Düzənli içilərsə, prostat xərçəngini 3 qat azaldır.

4. Antioksidantdır.

5. Xolesterolu aşağı salır.

6. Qan şəkərini düzənləyir.

7. Bakteriyaları öldürür.

8. Virusları öldürür.

9. A ğız qoxusunun qarşısını alır.

10. Stresi azaldır.

Hazırladı: Elnarə Cəfər