Yaponiyalı alimlər COVID-19-a qarşı ömürlük ummuniteti təmin edəcək yeni vaksin üzərində çalışırlar

Yaponiyalı alimlər COVID-19-a qarşı ömürlük ummuniteti təmin edəcək yeni vaksin üzərində çalışırlar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tokiodan olan tədqiqatçılar COVID-19-a qarşı ömürlük immuniteti təmin edə biləcək yeni vaksin üzərində çalışırlar. Məlumata əsasən bu cür vaksin pandemiyanın gedişatını dəyişə biləcək. Tokio Tibbi Elmlər İnstitutunun tədqiqatçıları COVID-19-a qarşı yeni vaksin üzərində çalışırlar. Məlumatda qeyd edilib ki, yeni vaksin ilə SARS-CoV-2-yə qarşı ömürlük ummuniteti təmin etmək mümkün olacaq və bundan əlavə olaraq onu otaq temperaturunda daşımaq mümkün olacaq. Bu və ya digər vaksini qəbul etmiş şəxslərdə anticisimlərin sayı azaldığı üçün həmin şəxslər təkrar vaksinləşmə prosesindən keçməli olurlar. Əgər alimlər ömürlük immuniteti təmin edə biləcək vaksini yarada bilsələr, bu, çoxlu sayda həyatı xilas edəcək və milyonlarla dollar vəsaitə qənaət edəcək. Statistikaya əsasən artıq 270 milyondan çox insan koronavirusa yoluxub.

    Bundan əlavə olaraq bu virus bütün dünya üzrə 5 milyondan bir qədər çox insanın həyatına son qoyub. Yaponiyalı alimlər isə öz növbələrində ömürlük immuniteti təmin edə biləcək vaksinin yaradılması üzərində çalışırlar. Öz tədqiqatlarında alimlər təbii çiçək xəstəliyinə qarşı hələ 18-ci əsrdə yaradılmış uğurlu vaksinə əsaslanırlar. Alimlər ospovaksinin (təbii çiçək xəstəliyinə qarşı vaksinin hazırlanmasında istifadə edilən virus) rekombinant virusunu yaratmağı planlaşdırırlar. Həmin virus özündə SARS-CoV-2-nin COVID-19-a səbəb olan spayk zülalını (SARS-CoV-2-nin örtük qatını əmələ gətirən 4 struktur zülaldan (S, E, M, N) biri) birləşdirməlidir. Güman olunur ki, bu öz növbəsində COVID-19-a qarşı ömürlük immunitetin yaranmasına gətirib çıxardacaq./technote