Yəmənli uşaqların 75 faizi qida çatışmazlığından əziyyət çəkir

Yəmənli uşaqların 75 faizi qida çatışmazlığından əziyyət çəkir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi Twitter hesabında yazıb: “Ümumilikdə 30 milyonluq Yəmən əhalisinin 16,2 milyonu ərzaq çatışmazlığından əziyyət çəkir.”

“Yəmənli uşaqların dörddə üçü, yəni onların 75 faizi xroniki qida çatışmazlığından əziyyət çəkir” deyə təşkilat izah edib.

Yəmən yeddi ilə yaxındır ki, Səudiyyə-Amerika-Əmirlik koalisiyası tərəfindən qeyri-bərabər müharibəyə cəlb olunub. Bu müharibə indiyədək 233 mindən çox yəmənlinin ölümü ilə nəticələnib. Həmçinin BMT-nin məlumatına görə, ölkənin 30 milyon əhalisinin 80 faizi dünyanın ən pis humanitar böhranını yaşayır./iqna