Yəməndə öldürülən və yaralanan uşaqların sayı açıqlandı

Yəməndə öldürülən və yaralanan uşaqların sayı açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yəməndə artıq 7 ilə yaxındır gedən müharibə zamanı 10 200 uşaq həyatını itirib və xəsarət alıb.

Bu barədə UNICEF rəsmisi Filipp Duamel məlumat verib.

Onun sözlərinə görə, həqiqi rəqəmlər isə yuxarıda səsləniriləndən qat-qat çox olmuş ola bilər.

Qeyd edilib ki, təkcə cari ilin ilk 2 ayı ərzində 47 uşaq dünyasını dəyişib və ya yaralanıb.

Müharibənin milyonlarla uşaq və ailə üçün dəhşətli nəticələrə səbəb olduğu qeyd edilib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmənlə müharibə aparır. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir./shafaqna