Yəməndə həbsxanaya hücumda ölənlərin sayı artdı

Yəməndə həbsxanaya hücumda ölənlərin sayı artdı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 87 nəfər ölüb, 226 nəfər yaralanıb. Bu barədə şənbə günü Husilərin hökumətində səhiyyə nazirinin müavini olan Nəcib əl-Kubati məlumat verib.

Xatırladaq ki, dünən hücum zamanı 70 nəfərin öldüyü, 138 nəfərin isə yaralanması ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Qarşıdurma 2015-ci ilin martında daha da şiddətlənib. Müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin – respublika əhalisinin təxminən 80%-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb./qafqaz