Xoşbəxtlik meyvəsi kivinin faydaları nədir?

Xoşbəxtlik meyvəsi kivinin faydaları nədir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kivi bir çox xəstəliklərə, xüsusən də xərçəng, xolesterol, qan təzyiqi, qəbizlik və qrip infeksiyasına faydalıdır.

1. Cildi qidalandırır :

Kivinin də tərkibi C vitamini ilə zəngindir. Kivi tərkibindəki su ilə dərinin ehtiyacı olan nəmi yaradır və qocalmanın üzdəki təsirini gecikdirir. Hamımız bilirik ki, nəm balansı qorunan dəridə qocalma da gec müşahidə edilir. Kivi isə bunun üçün çox gözəl bir vasitədir.

2. Kivi müxtəlif növ xərçəngin qarşısını alır:

Kivi, DNT-ni xərçəngə səbəb olan zərər və ya oksidləşdirici stresdən qoruyan flavonoidlərdən və karotenoidlərdən ibarətdir. Vitaminlərlə dolğun olması güclü immunitet gücləndiricisidir. Bu, qaraciyər xərçəngi, mədə xərçəngi, məmə xərçəngi və ağciyər xərçəngi kimi müxtəlif növ xərçənglərin müalicəsində effektivliyini göstərir.

3. Tərkibində bol lif olan kivi qəbizliyin qarşısını almağa yardımçı olur:

Tərkibindəki yüksək lif miqdarı kivini kabızlığı aradan qaldırmaq və qarşısını almaq üçün ən yaxşı meyvələrdən birinə çevirir. Bu meyvə bağırsaq keçişinə üstünlük verir və aktinidin adlı bir ferment sayəsində həzm prosesini asanlaşdırır və qaz əmələ gəlməsinin qarşısını alır. Əslində qəbizliyi müalicə etmək üçün ən çox yayılmış təbii vasitələrdən biri də səhər tezdən acqarına kivi yeməkdir, çünki işlətmə xüsusiyyətləri günün bu vaxtında daha çox təsir göstərəcəkdir.

4. Kivi təzyiqi salır. Bunun üçün gündə 2-3 dəd kivi yemək bəs edir:

Kivi damarları möhkəmləndirən C vitamini ilə xüsusilə zəngindir. Həmçinin onun tərkibində təzyiqi tənzimləməyə yardım edən lyutein də var. qan təmizləyici xüsusiyyəti ilə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.

5. İmmun sisteminin möhkəmləndirir:

Meyvədə böyük miqdarda universal C vitamini var: İlin soyuq vaxtında immuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün onu gündə 1-2 ədəd istifadə etmək lazımdır. Askorbin turşusu mübadilə proseslərində iştirak edir, orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, bədəni cavanlaşdırır və vaxtından əvvəl qocalma prosesinin qarşısını alır.

6. Kivi şəkər xəstəliyinin müalicəsində də çox effektlidir:

o qlisemik indeksi aşağı salan ən dadlı məhsuldur. Meyvənin özündə şəkər var, lakin optimal miqdarda olduğu üçün metabolik prosesləri pozmur, əksinə diabet xəstələri üçün müəyyən qədər faydalıdır.

7. Kivi mərkəzi sinir sistemi üçün faydalıdır:

Həkimlər depressiyalardan və nevrozlardan qurtulmaq üçün gündə ən azı bir kivi yemək lazım olduğunu vurğulayır. Kivi xoşbəxtlik hormonlarını ifrazını sürətləndirirək stress və yuxu pozulmalarının qarşısını alır. Meyvənin istifadəsi idmançılara da tövsiyə olunur, çünki kivi fiziki güc və enerjinin artırılmasının təbii qaynağıdır, stimulant kimi fəaliyyət göstərir.

8. Kivi sümükləri sağlam edər: 

Kivinin tərkibində maqnezium, kalium və mis olduğundan, sümüklər və dişlər üçün çox faydalıdır.

9. Artıq çəki ilə mübarizədə kivinin faydası:

Aşağı kaloriliyi və tərkibində yağları əridən fermentlərin olması arıqlamağa əla kömək edir. Dietoloqlar çoxdan açıqlayıb ki, kivi mükəmməl sellüloza mənbəyidir. Bu, həzm sisteminin normallaşmasına imkan verir və qarnı tox saxlayır. Həll edilə bilən qida lifləri mədədə iştahanı azaltmaq və lazımi həcmi yaratmaq üçün suyu asanlıqla əmir. Kivi həzmi normallaşdırmağa kömək etdiyi üçün dietoloqlar onu bütün yeməklərdən sonra yeməyi məsləhət görür. Kivi mədədə ağırlığın qarşısını alacaq, həmçinin böyrəklərə kömək edəcək. Hesab olunur ki, məhsul artıq mayenin orqanizmdən çıxarılmasına kömək edir.

Hazırladı: Elnarə Cəfər