Xırda xuliqanlığın təkrar törədilməsi faktına pul cəriməsi ikiqat olur

Xırda xuliqanlığın təkrar törədilməsi faktına pul cəriməsi ikiqat olur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Xırda xuliqanlığın təkrar törədilməsi faktına pul cəriməsi ikiqat olur. Dəyişikliklər “İnzibati Xıətalar Məcəlləsinə” daxil edilir və təhriki büronu7n sabahkı iclasında baş verəcək.

Dəyişikliklərlə müəyyən olunur ki, xırda xuliqanlıq – ictimai əsayişin pozulması və vətəndaşların sakitliyinin pozulması, 500 laridən 1000 lariyə qədər cəriməni və ya inzibati qayda ilə 15 günə qədər həbs cəzasını əmələ gətirir.

Bununla yanaşı, qanunlayihə ilə konkretləşdirilir ki, bu maddə ilə nəzərdə tutulmuş inzibatı qaydanın pozulması üçün inzibati qayda ilə cərimələnən şəxs tərəfindən elə həmin maddə ilə nəzərdə tutulmuş inzibati pozuntunun təradilməsi – 1500 laridən 2000 lariyə qədər cəriməni və ya inzibati qayda ilə 15 günə qədər həbs cəzasını əmələ gətirir.

Qanunlayihədə qeyd kimi dəqiqlə.dirilib ki, bu maddə ilə inzibati qanun pozuntusuna görə, şəxsdən silahın gəzdirilməsi hüququ üç illik müddəti ilə əlindən alınır. Qanunlayihədə qeyd olunub ki, bu maddə ilə 2018-ci ildə inzibatı qanun pozuntusunun 4452, 2019-cu ildə 5175, 2020-ci ildə 3452 halı qeydə alınıb. Dəyişikliklərin müəllifləri Anri Oxanaşvili, David Matikaşvili, Aleksandre Tabatadze, Rati Yonatamişvili, Giorgi Amilaxvari, Aluda Ğuduşauri, Quram Maçaraşvili və Kaxa Kaxişvilidir.

1tv.ge