Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək

Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi. Sentyabr ayında isə Xiaomi elektromobil biznesi ilə məşğul olacaq Xiaomi Automobile Co.Ltd şirkətini qeydiyyatdan keçirmişdi. 2 aydan sonra şirkət daha bir avtomobil şirkətinin qeydiyyatını reallaşdırdı. İndi isə məlum olub ki, Xiaomi öz elektromobillərinin istehsalı üçün nəzərdə tutulmuş fərdi zavoda sahib olacaq. Planlaşdırılan zavod Pekində inşa ediləcək. Gözləntilərə əsasən həmin zavod il ərzində 300.000 ədəd elektromobil istehsalı gücünə sahib olacaq. Dövlət tərəfindən dəstəyə sahib Beijing E-Town adlı iqtisadi inkişaf agentliyinin sözlərinə əsasən zavod iki mərhələdə inşa ediləcək və onda elektromobillərin irimiqyaslı istehsallarını artıq 2024-cü ildə işə salmaq mümkün olacaq.

Məhz 2024-cü ildə Xiaomi-nin ilk elektromobil modelləri təqdim edilməlidir. Bundan əlavə olaraq Xiaomi elektromobil biznesi üçün nəzərdə tutulmuş baş ofisi, satış ofislərini və Pekinin iqtisadi və texnoloji inkişaf zonasında tədqiqat mərkəzlərini yaratmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi öz avtomobil biznesini anons edən zaman o qeyd etmişdi ki, növbəti 10 il ərzində bu sahəyə şirkət tərəfindən ümumilikdə 10 milyard dollar investisiya yatırılacaq. Xiaomi-nin avtomobil biznesi ilə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun şəxsən məşğul olur./technote