Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib - QİYMƏTİ

Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib – QİYMƏTİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Xiaomi şirkəti Mi Mix 4 flaqman smartfonu ilə yanaşı digər qeyri-adi məhsulunu təqdim edib.

Söhbət, CyberDog adlı dörd ayaqlı robotdan gedir. Bu, Boston Dynamics şirkətinin məşhur Spot robotunun analoqu kimi çıxış edir. Dünənki təqdimat çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun səhnədə sözügedən robota əmrlər verib, robot isə həmin əmrləri yerinə yetirib. Beləliklə CyberDog adlı 4 ayaqlı robot yüksək dəqiqliklə çalışan 11 ədəd sensora sahibdir. Həmin sensorlar məlumatları real zaman ərzində süni zəka sisteminə ötürürlər və süni zəka əldə edilmiş məlumatları emal edir.

Bunun sayəsində robot ətraf mühit barəsində məlumatları əldə edə bilir. Buna misal olaraq təsvirləri, səsləri, işığı, məsafəni, sürəti və s. gətirmək olar. Bu məlumatları nəzərə alaraq mövcud olan vəziyyət çərçivəsində robot insana reaksiya verə bilir. Təqdimat çərçivəsində Lei Jun robota əmr verib və robot arxa-arxaya salto vurub. Lei Jun bildirib ki, Xiaomi məhdud sayda CyberDog istehsal edib. Şirkət mühəndisləri robotu təkmilləşdirməyi və ona yeni bacarıqları inteqrasiya etməyi planlaşdırırlar. CyberDog 1541$-a satılacaq./technote

Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib - QİYMƏTİ