Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi planlaşdırır

Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi planlaşdırır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    Xiaomi şirkəti 28 dekabr tarixində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni məhsullarından əlavə olaraq yaxın gələcək üçün nəzərdə tutulmuş bəzi planlarından da danışıb. Şirkətin yaradıcısı və CEO-su olan Lei Jun təqdimat çərçivəsində bildirib ki, şirkət yaxın 3 il ərzində dünyanın lider smartfon istehsalçıları ilə rəqabət aparmağı və nəticədə smartfon bazarında nömrə 1 olmağı hədəfləyib. Öz sözlərinin sübutu kimi Lei Jun bildirib ki, bu il ərzində Xiaomi qısa müddətlik də olsa Apple şirkətini geridə qoyaraq smartfon bazarının ikinci ən böyük şirkəti statusunu əldə etmişdi.

    Bundan əlavə olaraq Xiaomi rəhbəri onu da qeyd edib ki, Xiaomi Avropa bazarındakı mövqelərini gücləndirmək imkanına sahibdir. Belə ki, artıq uzun illər ərzində smartfon bazarının lideri olan Samsung şirkətinin Avropa bazarındakı göstəriciləri aşağı düşür. Bununla yanaşı şirkət həm də Çin bazarındakı smartfonlarına yüksək tələbatın olacağına əmindir. Belə ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin qarşılaşdığı problemlər nəticəsində onun Çin bazarındakı payı getdikcə azalır./technote