Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz - FOTO

Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çuğundur qan təzyiqini azaltmağa, qan damarlarının divarlarını və qaraciyəri gücləndirməyə kömək edir.

Bu barədə rusiyalı dietoloq Anna Drobışeva məlumat verib.

“Çuğundurun tərkibində olan betasianin piqmenti bədxassəli yenitörəmələrin inkişafını ləngidən güclü antioksidantdır. Bundan əlavə, bu tərəvəz bədəndən artıq mayenin çıxarılmasına kömək edir, qan itkisini bərpa edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu tərəvəz hətta termik işlənmədən sonra öz faydalı xüsusiyyətlərini saxlayır.

Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz - FOTO

Lakin ekspertin fikrincə, qaynadılmış çuğundur kalsiumun tam mənimsənilməsinə mane olur. Bu səbəbdən osteoporoza meylli insanların ondan istifadəni dayandırması məsləhətdir.

Drobışeva həmçinin çuğundur şirəsinin də faydalı olduğunu bildirib. Onun sözlərinə görə, bu tərəvəzin şirəsi sıxıldıqdan iki saat sonra içilməlidir. Bundan əlavə, çuğundur şirəsi təmiz formada istehlak edilə bilməz, 1:4 nisbətində su ilə qarışdırlmalıdır.

Qeyd edək ki, çuğundur şirəsinin digər faydaları arasında onun immun sisteminin fəaliyyətinə də çox müsbət təsir etməsi, iltihab və virus əleyhinə təsirlərə malik olması göstərilir ki, bu da koronovirus pandemiyasının vəı mövsümi xəstəliklərin yayıldığı dövrdə xüsusən aktualdır.

Bundan əlavə çuğundur və onun şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən – toksinlərdən, şlaklardan, ağır metallardan – təmizləyir.

Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz - FOTO

Bu tərəvəz skleroz əleyhinə təsirə malikdir, hipertoniya zamanı ən yaxşı təbii müalicəvi vasitə sayılır, qanın tərkibinə də çox müsbət təsir edir.

Britaniya alimlərinin fikrincə çuğundur şirəsi təbii enerji içkisidir. Araşdırmalar nəticəsində məlum oldu ki, çuğundur şirəsinin daim qəbulu orqanizmin davamlılığını artırır, insana əlavə enerji, güc verir.

Çuğundur şirəsi böyrəklər üçün də çox faydalıdır. Artıq çəkisi olan insanlar da bu şirədən faydalana bilər – çuğundur şirəsinin tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.

Klimaks zamanı çuğundur şirəsinin daim qəbulu qadının vəziyyətini yaxşılaşdırır./oxu