Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosial platformalar kimi öz istifadəçilərinin arzuolunmaz rəftarları ilə mübarizə aparır. Əvvəllər Whatsapp-da hər hansı bir şəxsin hesabını şikayət etmək olurdusa, indi konkret mesajı şikayət etmək özəlliyi reallaşdırılıb. Qeyd etmək lazımdır ki, bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında istifadəyə verilib. Bu yeni funksiya sayəsində istifadəçi bu və ya digər mesajı Whatsapp moderatorlarına göndərə bilər. Moderatorlar isə öz növbələrində mesajın servis qaydalarını pozub-pozmadığını təyin edəcəklər.

Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Ortaya çıxmış fotolara əsasən yeni funsiya sayəsində həm özəl çatlardakı, həm də qrup çatlarındakı mesajları şikayət etmək mümkündür. Bundan əlavə olaraq şikayəti biznes hesabından da etmək olar. Nəticə etibarilə konkret bir mesaj şikayət olunandan sonra Whatsapp moderatorları şikayət edilmiş mesajdan öncəki 5 mesajı da əldə edəcəklər. Bu üsul ilə onlar şikayət edilmiş mesajın kontekstini daha yaxşı anlayacaqlar və həmin mesajı göndərmiş şəxsin hesabının bloklanıb-bloklanmamasına qərar verəcəklər. Məlumatda qeyd edilib ki, bu yeni funksiya yaxın zamanda Whatsapp-ın iOS və Android üçün olan stabil versiyalarında istifadəyə veriləcək./technote