Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir

Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

  Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veriblər. Belə ki, bundan sonra sözügedən messencer vasitəsilə KaiOS əməliyyat sistemli bir çox sadə düyməli mobil telefonlara zəngləri reallaşdırmaq mümkün olacaq. Whatsapp hələ bir neçə il bundan öncə KaiOS platformasında istifadəyə verilmişdi. Ucuz telefonlara sahib istifadəçilər bunun sayəsində messencerin bir sıra funksiyalarından istifadə etmək imkanına sahib oldular.

Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir

 Beləliklə onlar öz yaxınları ilə ünsiyyəti asan şəkildə davam etdirə bilirdilər. Whatsapp-ın 2.2110.41 yenilənməsi ilə isə həmin istifadəçilər messencer vasitəsilə istənilən cihaza birbaşa zəng etmək imkanını əldə ediblər. Tərtibatçılar bu yeni funksiyanı istifadəyə versələr də o, hamı üçün aktiv deyil. Belə ki, funksiyanın çalışması üçün telefon minimum 512 MB RAM-a sahib olmalıdır. Bu isə o deməkdir ki, ucuz düyməli telefona sahib bir çox istifadəçi messencer vasitəsilə birbaşa zəng funksiyasından istifadə edə bilməyəcək.

technote.az