Venera atmosferində yeni həyat əlamətləri

Venera atmosferində yeni həyat əlamətləri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com khabaronline.ir portalına istinadla xəbər verir ki, Digito Veneranın qalın atmosferində “fosfin” in kimyəvi tərkibinin müəyyənləşdirilməsini izah edən iki səhifəlik bir məqalə yayımladı. Fosfinin bir növ yad biosferdəki canlı mikroorqanizmlər tərəfindən istehsal oluna biləcəyinə inanırlar.

Cardiff Wells Universitetinin professoru Jane Graves ilk dəfə Venusdakı kimyəvi birləşməni 2017-ci ildə təyin etdi. 2019-cu ilin martında elm adamları Çilidə güclü bir teleskopdan istifadə edərək belə bir kəşfi təsdiqlədilər. Milyard başına 5 ilə 20 hissə səviyyəsində fosfin kəşf etdilər, bu da Yer atmosferindəki miqdardan minlərlə dəfə çoxdur. Buna baxmayaraq, tədqiqatları Corona virusunun yayılması və Veneranın yer üzünün üfüqündən keçməsinin məhdud olması səbəbindən dayandırıldı.
Hal-hazırda, elm adamları Venera planetindən heç bir mikroorqanizm toplaya bilməmiş və hətta şəkillərini də çəkə bilməmişlər. Tədqiqatçılar işığın daima fosfini çürütdüyünün fərqindədirlər. Nəzəri olaraq, mikroblar bunu edə bilərdi, lakin bəzi elm adamları hələ fosfinin anaerob həyat tərəfindən istehsal olunduğuna əmin deyillər. Hazırda bunun üçün heç bir alimin konkret izahı yoxdur.
NASA direktoru Jim Brydenstein, elm adamlarının kəşfinə reaksiya verərək planetdəki həyatın kəşfinin prioritet olduğunu söylədi. Brydensteinə görə fosfinin kəşfi yerdən kənar həyatda ən vacib irəliləyişdir. Xatırladaq ki, əvvəllər planetimizdə bir neçə kosmik təşkilat araşdırma aparmışdır ki, bunlardan biri də NASA-dır.

Fars dilindən tərcümə edən: Ramil Qəhrəmanov