Üzərində məscid təsvir olunan tablo rekord qiymətə satıldı

Üzərində məscid təsvir olunan tablo rekord qiymətə satıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Böyük Britaniyanın sabiq baş naziri Vinston Çörçilin çəkdiyi rəsm “Christie`s” hərracında 8,285 milyon funt sterlinqə satılıb.

Tablonun əvvəlki sahibi isə Ancelina Coli olub. Rəsm əsərində Mərakeşin Mərrakeş şəhərinin ən böyük məscidi olan – Əl-Kutubiyyə təsvir olunub.

Qeyd edilir ki, əsər təxminən edilən ilkin dəyərindən 4 dəfə baha qiymətə satılıb. Londonda keçirilən hərracda tablonun yeni sahibinin kimliyi isə bəlli deyil. /Şəfəqna/