Uşaqlar üçün ilk dini peyk televiziya kanalı təsis edildi

Uşaqlar üçün ilk dini peyk televiziya kanalı təsis edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin Dini İşlər Təşkilatının (Diyanət Bakanlığı) rəisi Dr. Əli Ərbaş ilə Türkiyə Televiziya və Radio Şirkətləri Heyəti arasında uşaqlar üçün dini peyk televiziya kanalının yaradılması barədə razılaşma imzalanıb.

Bundan öncə Türkiyənin Dini İşlər Təşkilatının (Diyanət Bakanlığı) rəisi Dr. Əli Ərbaş demişdi ki, bu təşkilatın ən mühüm hədəflərindən biri də İslami əsasları və dəyərləri ən gözəl şəkildə müxatəblər üçün bəyan etməkdir. Bu məsələ təşkilatın təsis edilməsi bəyannaməsində də öz əksini tapmışdır.

O, bu məsələdə Dini İşlər Təşkilatının ən başlıca qaynağının Quran və Sünnə olmasını vurğulamışdı.

Buna görə də Türkiyənin Dini İşlər Təşkilatı hər bir şəraitdə tam ciddiyyətlə çalışır ki, dini maarifləndirmə doğru və dolğun şəkildə və uyğun medotlarla kütləvi informasiya vasitələri ilə xalq çatdırılsın

iqna.ir