UNICEF İsrailin Qəzzaya hücumunda şəhid olan uşaqların sayını açıqlayıb

UNICEF İsrailin Qəzzaya hücumunda şəhid olan uşaqların sayını açıqlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
BMT-nin Uşaq Fondu təcavüzkar İsrailin 11 gün ərzində Qəzzaya hücumunda şəhid olan  uşaqların sayının 65-ə çatdığını bildirib.
Təşkilat bildirib ki, bu gün sübh dağıntılar altından daha iki uşağın cənazəsinin çıxması ilə şəhid olan uşaqların sayının 65-ə yüksəldiyi məlum edilib.
Təşkilat bu müddət ərzində 107 min nəfərin evlərindən didərgin düşdüyünü əlavə edib. UNİCEF evlərini təkr etməyə məcbur qalan ailələrin sayının 9 min olduğunu bəyan edib.
Həmçinin bildirilib ki, Qəzzaya hücum nəticəsində burada yerləşən məktəblərdən 50-i, xəstəxana və tibb məntəqələrindən 20-i tamamilə və ya qismən dağılıb. Əlavə edilib ki, Qəzzanın su şəbəkəsinin 50 faizi sıradan çıxıb.
Qeyd edək ki, bu hücumda şəhid olan fələstinlilərin  ümumi sayı 235-a çatıb./maide.az