Ümumdünya Səhiyyə Təşkilatı səyahət üçün vaksinasiya pasportlarının tələb edilməsini dəstəkləmir

Ümumdünya Səhiyyə Təşkilatı səyahət üçün vaksinasiya pasportlarının tələb edilməsini dəstəkləmir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ümumdünya Səhiyyə Təşkilatı hazırki mərhələdə, səyahət üçün vaksinasiya pasportlarının tələb edilməsini  dəstəkləmir.

Oxuinfo.com 1tv.ge -yə istinadla xəbər verir ki, “Royter” agentliyinin məlumatına görə, bu haqda bəyanatı təşkilatın mətbuat katibi Marqaret Harris verib.

Təşkilatın nümayəndəsi vaksinasiya pasportları ilə bağlı öz mövqeyini onunla açıqlayıb ki, vaksinasiyanın koronavirus xəstəliyinin yayılmasının önləyib-önləyəmədiyi hələlik təsdiqlənməyib.

Eyni zamanda, Marqaret Harrisin bəyanatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-a qarşı istifadə edilən “Sinofarm” və “Sinovak” vaksinalarının avtorizasiya məsələsini aprelinin sonunda müzakirə edəcək.

Marqaret Harisin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı vaksinalarla bağlı əlavə məlumat toplayır.