Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək

Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəcək.

Oxuinfo.com Maide.Az-a isrtinadla xəbər verir ki, rəsmi SPA informasiya agentliyinin məlumatına görə, nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib. Bundan başqa, aprelin 12-dək Məkkə və Mədinədə Ümrə ziyarətinə gələnlərə xidmət göstərəcək personalın peyvəndləməsi də həyata keçiriləcək. Peyvənddən imtina edənlər isə hər həftə neqativ PCR testi təqdim etməli olacaqlar.
Səudiyyə Ərəbistanının Bələdiyyələr, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin əməkdaşları Ramazan ayı boyunca zəvvarların toplaşdığı ərazilərdə sosial məsafə və qoruyucu maska qaydalarına riayət edilməsinə nəzarət edəcəklər.