Ukrayna-Rusiya müharibəsinin texnologiya dünyasına ola biləcək təsirləri (Araşdırma)

Ukrayna-Rusiya müharibəsinin texnologiya dünyasına ola biləcək təsirləri (Araşdırma)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Ukrayna və Rusiya çip istehsalında istifadə olunan çox dəyərli bəzi qaz və metalların əsas tədarükçülərindən biridir.

Bu gün ölkələr arasındakı güc fərqinin faktorlarından biri “Yüksək Texnologiyalar” və “Yüksək Texnologiyaların hazırlanmasında istifadə olunan mədənlər”-dir. İki ölkənin ən çox istehsal etdiyi və çip istehsalında önəmli olan metallardan biri Paladium-dur. Paladium metalı ortalama olaraq əsasən 2200-2400 dollar civarında satılır (Qeyd: Rusiya-Ukrayna müharibəsi səbəbilə Paladium 2400-2600 dollar aralığına qədər qalxdı. Bu son 6 ay ərzində rekord göstərici hesab olunur). Bu metal xüsusilə NAND flaş çiplərinin və bəzi sensorların hazırlanmasında, prosessor çiplərin paketlənməsində istifadə olunur. Bilməyənlər üçün qeyd edək ki, NAND flaş çipləri smartfonlarından komputerlərə qədər bütün cihazlarda istifadə edilən yaddaş qurğularının və ramların hazırlanmasında istifadə edilir. Hal-hazırda Cənubi Koreya  Çinin lider olduğu NAND flaş çip bazarında volatillik bir xeyli yüksəkdir. Bu səbəbdən istehsala maneə yaradan ünsürlər olduğu zaman qiymətlər kəskin artır.

Şəkildə NAND çipləri göstərilib
Şəkildə NAND çipləri göstərilib.
Rusiya dünyadakı Paladium metalına olan tələbin 45%-ni qarşılayır. Bu səbəbdən ən böyük tədarükçülərindən biridir demək olar.

 Qərb ölkələri, Aİ və ABŞ, Rusiyaya sanksiyalar tətbiq etdiyi üçün Rusiya da qarşı addım olaraq Paladium ixracatını dondura bilər. Bu olduğu zaman çip istehsalına təsirlərin ola biləcəyini demək mümkündür. Həmçinin qeyd edək ki, Rusiyanın ixrac etdiyi Paladium metalının müştəriləri arasında Amerika mərkəzli çip firmaları da var.

Lakin Paladium ixracatında Rusiya tək seçim deyil. Paladium-a olan tələbin 55%-i hələ də başqa ölkələr tərəfindən qarşılanır. Bu səbəbdən Rusiyanın Paladium ixracatını dayandırması çip istehsalına ciddi zərbə endirməsə də bir xeyli təsir edə bilər. Bu halda istehsalçı şirkətlər tələbləri qarşılamaq yeni qaynaqlar tapmalı olacaqlar ki, bunun üçün də ciddi məbləğlərdə yatırımlar və zaman lazım olacaq. Hal-hazırda davam edən çip qıtlığı probleminə bir də Paladium problemi əlavə olunsa texnologi cihazların qiymətlərində kəskin artım görmək mümkündür. Buna görə də Rusiyanın Paladium ixracatında alacağı mövqe bir xeyli vacibdir.

Ukrayna-Rusiya müharibəsinin texnologiya dünyasına ola biləcək təsirləri (Araşdırma)
Statistika 2021-ci ildə yayımlanıb və son 10 ildə Paladium ixrac edən ölkələri göstərir.
Rusiya Paladium ixracatını dondursa çip istehsal edən şirkətlər Çinə möhtac ola bilərlər. Amerika yenə Çinlə üz-üzə gələ bilər.

Yuxarıda da yazdığımız kimi Rusiya Paladium metalının ixracatında sadəcə 45%-lik tələbi qarşılayır. Geriyə qalan 55%-lik hissənin böyük qismi Cənubi Afrika və Zimbabve-nin payına düşür. Lakin bu ölkələrin Çinə çox ciddi borcları var. Son 20 ilə baxdığımız zaman Afrika ölkələrinin Çinə 150 milyard dollara yaxın borclandığını görmək mümkündür. Rusiya Paladium ixracatını dondurduğu zaman çip firmalarının ilk müraciət edəcəyi ölkələr Cənubi Afrika və Zimbabve olacaq. Bu ölkələrin borclar səbəbilə Çindən aslı olduğunu (Bu ölkələrdə Çinin böyük investisiyaları var) və Çinin də ABŞ tərəfindən sanksiyalara məruz qaldığını nəzərə alsaq ABŞ və Çin təkrar üz-üzə gələcək demək doğru olar. Çinin çip istehsalında liderliyi vermək istəmədəyini düşünsək ABŞ firmaları üçün Paladium tapmaq çox bahalı və vaxt aparan bir proses olacaq.

Ukrayna-Rusiya müharibəsinin texnologiya dünyasına ola biləcək təsirləri (Araşdırma)
Paladium metalının son 6 ay ərzindəki qiymət cədvəli. Bir neçə gün öncə 2500 dollar limitinə çatmışdı.
Çip istehsalında digər önəmli material  Neon qazıdır. Rusiya və Ukrayna Neon qazının ixracatında bütün çip firmalarının tələbini ödəyə bilən yeganə ölkədir.

Çip istehsalında ən təkmilləşdirilmiş istehsal metodu LitoqrafiyadırLitoqrafiya cihazları bəzi mühəndislər tərəfindən insanlığın yaratdığı ən mürəkkəb cihazlardan biri olaraq hesab edilir. Litoqrafiya vasitəsilə çiplərin istehsalında istifadə olunan materiallardan biri də Neon qazıdır. Əsasən işıqlandırma cihazlarında istifadə edilən Neon qazı birbaşa Rusiya və Ukrayna tərəfindən ixrac edilir. Bu da Amerika şirkətlərinin tələbini ödəyən ən vacib qaynaqların Rusiya və Ukrayna olduğunu göstərir. Beləki Rusiyanın polad istehsalında yan material kimi əldə edilən Neon qazı Ukraynada saflaşdırılaraq çip istehsalındə istifadə üçün uyğun hala gətirilir. Neon qazı Litoqrafiya cihazlarındakı lazerlərdə istifadə olunur. Bu lazerlər yeni çiplərin hazırlanması üçün silikon maddələrin kəsilmə və bölünməsində önəmlidir. Buna görə də Neon qazı bir xeyli önəm daşıyır. Rusiyaya tətbiq edilən sanksiyalar Paladium kimi Neon qazının da ixracatına təsir edə bilər və bu halda material qıtlığı yaşayacaq olan ilk fırmalar isə ABŞ mərkəzli firmalardır.

Litoqrafiya metodunun nə olduğunu, lazerlərin nə etdiyini aşağıdakı videodan izləyə bilərsiniz.

Dünyanın ən böyük çip istehsalçısı şirkətinə malik olan Tayvan bu məsələrə fərqli baxır.

Hal-hazırda texnologiya dünyasında ən böyük çip istehsalçısı kimi qəbul edən TSMC şirkətinin ana vətəni olan Tayvan bu xəbərləri qismən fərqli şərh edir. Tayvan rəsmiləri bildirir ki, TSMC kimi nəhəng bir şirkətin potensial istehsal materialı qıtlığı üçün A, B, C və s. kimi planları mövcuddur. Tayvan mediasına görə TSMC şirkəti material qıtlığı olarsa yeni mədənlər tapmaqda heç də çətinlik çəkməyəcək. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Çin dövləti Tayvanın hava və dəniz məkanına daxil olub. Hal-hazırda Tayvan və Çin arasında da gərginlik mövcuddur. Ümid edirik ki, bir müharibə davam edərkən digəri başlamaz.

Son nəticə: Rusiya-Ukrayniya müharibəsinin başlaması hal-hazırda davam edən çip istehsalı qıtlığını ya daha ciddiləşdirəcək, ya da təsir etmədən ötüb keçəcək. Ümid edirik ki, müharibə tez zamanda bitər. İnsanlar ölməsin! Uşaqlar qorxmasın! Sülhün təmin edilməsini arzu edirik./technote