Türkiyənin Ədirnə vilayətində kilsənin məscidə çevrilməsi

Türkiyənin Ədirnə vilayətində kilsənin məscidə çevrilməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyə hökuməti Ədirnə vilayətinin Enez şəhərindəki Ayasofya kilsəsini Dini Qurumlar Baş İdarəsi tərəfindən yenidən qurulduqdan sonra məscidə çevirib.

Ayasofya kilsəsi 12-ci əsr Bizans dövründə tikilib. O, 1456-cı ildə Fatih Məhəmməd tərəfindən məscidə çevrilmişdi. İndi əvvəlki adla yenidən açılır.

Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaş deyib: “Keçən il İstanbulda Ayasofyanın açılışından sonra bu gün Ədirnədəki Ayasofyanın açılışını etmək üçün yenidən buradayıq.”

Bu abidə 56 il əvvəl baş vermiş zəlzələ nəticəsində binaya dəyən zərərdən  indiyədək istifadə edilməmişdir. İslam mədəniyyətinin məscidə əsaslanan bir mədəniyyət olduğunu deyən Ərbaş əlavə edib: “Harada məscid, minarə görsək, sevinirik.”

Türkiyə daha üç kilsəni məscidə çevirməyi planlaşdırır./iqna