Türkiyə Diyanətinin rəhbəri İsrailə: Yandırdığınız terror atəşi cəhənnəminiz olacaq

Türkiyə Diyanətinin rəhbəri İsrailə: Yandırdığınız terror atəşi cəhənnəminiz olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyə Diyanət İşləri üzrə İdarəsinin rəhbəri Əli Ərbaş işğal altında olan Qüdsdəki Fələstinlilərə İsrail polisi tərəfində edilən müdaxilələrə reaksiya verilib.

Əli Ərbaş açıqlamasında: “İşğalçılara müraciət edirəm. Ey zalımlar, hiddətlə sərhədləri keçmisiniz. Bütün zalımlar kimi siz də məhv olacaqsınız. Yandırdığınız terror atəşi cəhənnəminiz olacaq” dedi.

Türkiyədəki bütün məscidlərdə günorta namazından sonra Qüdsdə zülm və zorakılıqlara məruz qalan Fələstin xalqı üçün dua oxunduğunu ifadə edən Diyanət İşləri Başçısı Əli Ərbaş: “ İsrail Məscidül-Əqsaya yönəlik qəbul edilməz cəhdlərə üz tutur. Məscidül-Əqsada günahsız müsəlmanları öldürməyə və onlara hücum etməyə çalışır, məsum insanlara, Fələstin xalqına qarşı böyük soyqırım həyata keçirir. Vicdanı, əxlaqı və beynəlxalq hüququ taptalayan bu zalimliyi lənətləyirəm”- deyə Ərbaş vurğulayıb

Qeyd edək ki, İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsada fanatik Yəhudilərin basqınının qarşısını almaq üçün keşik tutan Fələstinlilərə hücumu nəticəsində yüzlərlə fələstinli yaralanıb.

az.shafaqna.com