Türkiyədə yanğınla bağlı son vəziyyət

Türkiyədə yanğınla bağlı son vəziyyət

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.

Bu məlumatı Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb.

Bildirilir ki, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir.

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb.

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub./qafqazinfo