Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib.

Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib.

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə İstanbul Konvensiyasından çıxıb. Beynəlxalq sənəd onu imzalayan ölkələr üzərinə qadınların məişət zorakılığından qorunması üçün sərt tədbirlər görülməsi ilə bağlı öhdəliklər qoyur. Hakimiyyət bildirib ki, bu razılaşma əslində “Türkiyənin cəmiyyət və ailə dəyərlərinə zidd olan homoseksuallığı normallaşdırmağa çalışır”.

Oxuinfo.com jam-news.net portalına istinadən xəbər verir ki, Türkiyənin 2011-ci ildə imzaladığı İstanbul Konvensiyasından imtinası ölkədə çoxsaylı etirazlara səbəb olub.

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi bəyanatında qeyd olunub ki, bu qərar “dövlətin qadınları qorumaqdan geri çəkildiyi anlamına gəlmir”.

“Türkiyə konvensiyadan çıxsa da, ailədaxili zorakılıqla mübarizədən əsla vaz keçməyəcək”, – bəyanatda deyilir.