Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik körpüsü açıldı - FOTO/VİDEO

Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik körpüsü açıldı – FOTO/VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik asma körpünün açılış mərasimi keçirilib.

Mərasimdə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Çanaqqala boğazından keçən körpü “1915 Çanaqqala körpüsü” adını alıb.

2017-ci il martın 18-də inşasına başlanılan yeni körpü 2023 metr uzunluğunda mərkəz açıqlığına malikdir.

Altı zolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu isə 4608 m-ə çatır.