“Toyota” onlarla elektrik avtomobili təqdim edəcək

“Toyota” onlarla elektrik avtomobili təqdim edəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” 2030-cu ilə qədər onlarla elektrikli avtomobil modelini təqdim etməyə hazırlaşır.

Bu barədə konsernin prezidenti Akio Toeda məlumat verib.

Söhbət 30 modeldən gedir.

“Elektrikli avtomobil satışlarımızın 2030-cu ilə qədər 3,5 milyona çatacağını gözləyirik”, – Toeda şirkətin 2035-ci ilə qədər bizneslərinin karbon neytrallığına nail olmaq niyyətində olduğunu söyləyib.

O, eyni zamanda bildirib ki, qlobal planlarını yerinə yetirmək üçün “Toyota” akkumulyator texnologiyasına sərmayəsini 4,4 milyard dollara çatdıracaq./lent