Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləcək

Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır. Batareyaların yeni istehsalat texnologiyasını Tesla Kanadanın Springpower International adlı şirkətinin patentlərindən əldə edib. Elon Musk həmin patentləri 3$-a əldə edib. Hələ keçən il keçirilmiş Tesla Battery Day 2020 konfransında 4680 Tesla adlı yeni batareya növü təqdim olunmuşdu. Şirkət onu öz gücləri hesabına istehsal etmək niyyətindədir. Bu yeni növ batareya 500% daha çox enerji generasiya edəcək. Bu isə öz növbəsində elektromobillərə 6 dəfə daha çox yol qətt etmək imkanını verəcək. Bununla belə Springpower International şirkətinin texnologiyaları 4680 Tesla adlı batareyanın istehsal prosesinin bir hissəsi olacaqlar.

Şirkət tərəfindən əldə olunmuş 3 patentdən biri tullantı suların təkrar istifadəsini əks etdirir. Bu halda onların bahalı təmizlənmə prosesinə ehtiyac qalmır. Bu öz növbəsində Tesla-ya istismar xərclərini 75% aşağı salmağa yardımçı olacaq. Eyni üsul həmçinin ikinci patentdə də öz əksini tapıb. Belə ki, elektromobil istehsalında istifadə olunan metal toz elektromobillərin emal edilmiş batareyalarından və şəbəkə akkumulyatorlarından əldə olunur. Musk əmindir ki, yeni batareya texnologiyalarının birləşməsi Tesla-ya 25.000$ dəyərində elektromobil istehsal etməyə şərait yaradacaq. Musk həmçinin qeyd edib ki, bu yeni texnologiyaların istehsal prosesinə inteqrasiyası üçün 3 il vaxt lazım olacaq.

technote.az