TBİLİSİDƏ XANIM ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTI İLƏ TƏDBİR KEÇİRİLİB

TBİLİSİDƏ XANIM ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTI İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Gürcüstan Müsəlman Qadınlar İcması”nın (GMQİ) təşkilatçılığı təşkil olunan tədbirdə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edib.

Tədbirin aparıcısı Gülsəfa Şahverdova mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra öncə Qurani-Kərimdə ayələr tilavət edilib. Tədbir açıq elan olduqdan sonra GMQİnin digər üzvləri Laləzar İbrahimova, Sevinc Namazova, Lalə Süleymanova və Aişən Nəbiyeva çıxış ediblər.

Çıxış edənlər İslamda nümunəvi qadın olan Hz. Zəynəbin (s.ə) həyatı, fəziləti və özəllkləri, müsəlman xanımlar üçün örnək xüsusiyyətləri və sözləri, həmçinin Xanımın Kərbəladakı rolu haqqında ətraflı danışıblar.

Tədbirdə xanımın həyatından bəhs edən video çarx və ilahilər proektor vasitəsi ilə yayımlanıb.

Nəhayət “Alul-beyt” mədəniyyət mərkəzində keçirilən tədbir dua və sadə bayram süfrəsi ilə yekunlaşıb.