Tbilisidə uşaqları məcburən diləndirən kişi həbs edildi

Tbilisidə uşaqları məcburən diləndirən kişi həbs edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tbilisidə həddi-buluğa çatmayan uşaqların istismarında ittiham edilən 46 yaşlı kişi tutulub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Bu cinayətə görə o, 14 ildən 17 ilədək azadlıqdan məhrum edilə bilər.

İstintaq müəyyən edib ki, müttəhim təhdid və zor gücü ilə həyat yoldaşının qohumlarını diləndirib və onlara küçədə əşyalar satdırıb. O, bütün gəliri mənimsəyirdi, uşaqlar itaətsizlik göstərəndə isə onları sərt şəkildə cəzalandırırdı.

az.shafaqna.com