Artıq vətəndaşlar paytaxtda səyahət paketlərini metronun kassalarından ala biləcəklər, – deyəTbilisi meriyasının Nəqliyyat və Urban İnkişafı Xidmətinin rəhbəri Viktor Tsilosani mediaya bildirib.
Onun sözlərinə görə, sabahdan etibarən vətəndaşlar “Sakartvelo Bankın”nın ekspress filiallarından da səyahət paketlərini ala biləcəklər.
“Bu gündən metronun kassalarında sərnişin paketlərinin satışına başlanılıb. Qeyd olunan kartları sabahdan etibarən “Sakartvelo Bankın”nın ekspress filiallarında əldə etmək mümkün olacaq. İstək üzrə, fevralın 1-dən sərnişinlər Metromani istifadə etməklə də nəqliyyat haqqını ödəyə biləcəklər”, – Viktor Tsilosani bildirib./1tv.ge