TBİLİSİDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

TBİLİSİDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Tbilisi – Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən Əhli-beyt (ə) adına məsciddə ilk iman gətirən və iman gətirənlərin əmiri, Hz.İmam Əlinin (ə) təvəllüdü günü münasibəti ilə tədbir qeyd olunub.
Bayram tədbirində yerli və yaxın ətraf yerlərdən ruhanilər və inanclı müsəlmanlar iştirak edib.

Quran tilavəti ilə açıq elan olunan tədbirdə danışan və canlı Quran olan imamın məqam və fəzilətlərindən, ibrətamiz kəlamları işığında insanlara örnək xüsusiyyətlərdən və Əli (ə) aşiqlərinin üzərinə düşən öhdəliklərdən danışılıb.

Mənəvi bayram əhval ruhiyyəsində keçirilən tədbirdə Hz. Əli (ə) haqqında şeir, ilahi və qəsidələr söylənilib. İmam Əli (ə) müəyyən ibrətamiz səhnələr nümayiş etdirilib. Nəhayət İmam Zaman (ə) duası ilə yekunlaşdıqdan sonra tədbir iştirakçılar bayram süfrəsinə dəvət olunub.