Tbilisi Meriyası - paytaxtda parkinq haqqı artırılmır

Tbilisi Meriyası – paytaxtda parkinq haqqı artırılmır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şəhər Meriyası Tbilisidə parkinq haqqı ilə bağlı bəyanat yayır.

Bəyanatda da qeyd olunduğu kimi, paytaxtda parkinq haqqı artırılmayacaq.

“Bir sıra mətbuat vasitələrinin Tbilisidə parkinq haqqının guya artırılması ilə bağlı yaydığı yalan məlumatlara münasibət bildirmək istəyirik. Bu məlumatın yalan olduğunu və ictimaiyyəti yanlış məlumatlandırmaq məqsədi daşıdığını xüsusilə vurğulayırıq. Bir daha aydınlaşdıraq – parkinq qiymətləri dəyişməz olaraq qalır. Yeniliyə gəlincə – zonal-saatlıq parkinq ödəniş sisteminə istəyənlər üçün abonementlər əlavə olunacaq ki, bu da əsasən biznes sektor və təşkilatlar üçündür. Abonementlər yalnız və yalnız alternativ təklifdir və onun istifadəsi məcburi olmayacaq. Tbilisi sakinləri və ya şəhərimizin qonaqları zonal-saatlıq parkinq yerlərində 1 larilik ödəniş sistemindən adi qaydada istifadə edə biləcəklər. Biz media nümayəndələrini öz tamaşaçılarına və ya oxucularına hörmət etməyə və Tbilisi Munisipaliteti ilə bağlı istənilən məlumatı meriyanın mətbuat xidmətində yoxlamağa çağırırıq” -deyə bəyanatda deyilir./1tv.ge