TBİLİSİ “ƏHLİBET” MƏSCİDİNDƏ HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏT İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ TƏŞKİL OLUNUB

TBİLİSİ “ƏHLİBET” MƏSCİDİNDƏ HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏT İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ TƏŞKİL OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu axşam Peyğəmbərimizin (s) əziz qızı, xanımlar xanımı və imamlar anası Hz. Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə bağlı Tbilisidə (Poniçala) yerləşən “Əhlibeyt” məscidində əza məclisi keçirilib.

Cammat namazından sonra Bölgə üzrə ruhanilərin, yerli və ətraf məntəqələrdən gələn möminlərin iştirakı ilə keçirilən mərasim iki saata yaxın müddətdə davam edib.

Quran tilavəti ilə başlayaraq şeir, rövzə və mərsiyələrlə davam edən mərasimdə Fatimeyi Zəhranın (s.ə) məqamı, misilsiz şəxsiyyəti və örnək insani keyfiyyətləri haqqında ətraflı söhbətlər edilib. Hər iki dünya xanımının bütün insanlığa tövsiyə və dəyərli kəlamları çatdırılıb.

Nəhayət, dua ilə yekunlaşan mərasim sonrası ehsan süfrəsi açılıb.

Allah bu günlərdə (“Fatimə (s.ə) günləri”ndə) belə məclislərin təşkil olunmasında maddi, fiziki və mənəvi əməyi keçən hər kəsdən qəbul etsin. Amin!