Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə sağala bilib

Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə sağala bilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İndiyənə kimi İİV-dən (İnsanın İmmunçatışmazlığı Virusu) əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-dən tamamilə sağala bilib. İndi isə Argentinadan olan alimlər daha bir unikal hal barəsində xəbər veriblər. Belə ki, Esperansa şəhərindən olan bir qadın İİV-ə qarşı heç bir dərman qəbul etmədən İİV-dən təbii yol ilə tamamilə sağalıb və üstəlik sağlam övlad dünyaya gətirib. Əgər alimlər həmin qadının orqanizminin özünü malicə üsulunun necə reallaşdığını anlaya bilsələr, onlar İİV xəstəliyi üzərində qalibiyyət elan etmiş olacaqlar. İİV-dən əziyyət çəkən şəxslərin yalnız 0.5%-i elit nəzarətçilər sinifinə daxildirlər. Elit nəzarətçilər dedikdə İİV-ə sahib olmalarına baxmayaraq ona qarşı heç bir dərman preparatı qəbul etməyən, heç bir simptoma sahib olmayan və İİV ilə aktiv şəkildə mübarizə aparan immun sistemini özlərində birləşdirən insanlar nəzərdə tutulur. Bu cür insanlar illərlə heç bir dərman preparatı qəbul etmədən təbii yollarla öz orqanizmlərində İİV-in inkişafına yol vermirlər.

Nəticədə onlar uzun illər ərzində öz orqanizmlərində virus hissəciklərinin çox aşağı konsentrasiyalarını dəstəkləyərək İİV-in final mərhələsi olan QİÇS-in yaranmasına imkan vermirlər.

    Alimlər hələ də bu cür nadir insanların orqanizmlərində mövcud olan mexanizmlərin necə çalışdıqlarını anlamırlar və bu sirri açmaq üçün əllərindən gələni edirlər. Heç bir dərman preparatını qəbul etmədən İİV-dən tamamilə azad olmaq məsələsi də sirr olaraq qalır. Dərman qəbul etmədən İİV-ə tamamilə qalib gəlmiş ilk şəxs Loreen Willenberg adlı amerikalı qadındır. Onun hal hazırda 67 yaşı var və o artıq 30 ildir ki, öz orqanizmində virus üzərindəki idarəetməni təmin edir. İndi isə Argentinadan olan alimlər daha bir unkial hal barəsində məlumat veriblər. Esperansa adlı şəhərdən olan qadın İİV ilə müabrizə üçün nəzərdə tutulmuş dərman preparatlarını qəbul etmədən təbii yolla İİV-dən tamamilə azad ola bilib. Həmin qadına İİV diaqnozu 2013-cü ildə təyin edilmişdi. Belə ki, qadının orqanizmində antibədənlər aşkar edilmişdi.

Buna baxmayaraq qadın həmin vaxta kimi heç bir İİV simptomunu özündə müşahidə etməmişdi. 2017-ci ildən Argentinadan və ABŞ-dan olan alimlər həmin qadının milyarddan çox hüceyrəsinin DNT-ni analiz edirlər və hələ də virusun mövcudluğuna dair bir işarə tapa bilmirlər. 2020-ci ildə qadın tamamilə sağlam övlad dünyaya gətirib və hal hazırda yenidən hamilədir. Hal hazırda alimlər orqanizmin təbii yolla virusdan necə qurtulduğunu anlaya bilmirlər. Lakin məlum olan odur ki, qadının orqanizmində hansısa səbəbə görə İİV-in bütün zülallarına qarşı antibədənlər yaranmayıb. Bu cür effekt yalnız dərman preparatlarının ilkin mərhələdə qəbul edilmələri sayəsində baş verir. Lakin bu unikal hadisədəki qadın İİV-ə qarşı heç bir dərman preparatı qəbul etməyib. Çox güman ki, təbii immun müdafiəsi virusun orqanizmdə yayılmasından və immun sistemini zədələməsindən öncə İİV replikasiyasını dayandırmağı bacarıb./technote